ABŞ Rumıniyaya xəbərdarlıq etdi

DÜNYA
11:30 / 05.12.2024
138

ABŞ Rumıniyada keçirilən prezident seçkiləri ilə bağlı vəziyyəti diqqətlə izləyir və ölkəni xarici siyasət kursunda mümkün dəyişikliyə qarşı xəbərdar edir. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir. 

Qeyd olunub ki, Rumıniya müdafiə, iqtisadiyyat və viza rejiminin sadələşdirilməsi məsələlərində mühüm NATO müttəfiqi və ABŞ-ın Avropa İttifaqında tərəfdaşı olaraq qalır.

"Rumıniyanın transatlantik birlikdə əldə etdiyi tərəqqi onun siyasətini dəyişmək istəyən xarici aktorların hərəkətləri ilə geri çevrilməməlidir. İstənilən belə dəyişiklik bizim təhlükəsizlik sahəsində əməkdaşlığımıza xələl gətirəcək və xarici investisiyaların məhdudlaşdırılması Amerika şirkətlərini Rumıniyada gələcək əməliyyatlardan çəkindirə bilər", deyə Amerikanın xarici siyasət departamenti qeyd edib.

Vaşinqton həmçinin Rumıniyanın Milli Müdafiə Şurasının seçki prosesi fonunda "Rusiyanın kiberməkanda fəaliyyətini" qeyd edən hesabatından narahatlığını ifadə edib. Bununla əlaqədar amerikalı diplomatlar bu məlumatların araşdırılmasına çağırıblar.

"Ölkələrimizin təhlükəsizliyini və vətəndaşlarımızın rifahını qorumaq üçün birlikdə işləməyə davam edəcəyik", deyə ABŞ Dövlət Departamenti bildirib.

Noyabrın 24-də Rumıniyada prezident seçkilərinin birinci turu keçirilib. Müstəqil namizəd Kalin Qeorqesku lider ololub. O, 22,9% səs toplayıb, 19,17% isə NATO ilə yaxınlaşmanın tərəfdarı, Rumıniyanın Qurtuluşu İttifaqının lideri Yelena Laskoninin lehinə səs verib. Noyabrın 28-də Rumıniya Konstitusiya Məhkəməsi seçkilərin birinci turunun ləğvi ilə bağlı iddiaya baxmağa başlayıb.

Samir

0