Şahzadə Harri "DealBook 2024" sammitində niyə ABŞ-ı heç vaxt tərk etməyəcəyini açıqlayıb.
HİT.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
Şahzadə Harri həyat yoldaşı Meqan Markl və uşaqlarının Böyük Britaniyaya qayıtmağı planlaşdırmadıqlarını bildirib. Sasseks hersoqunun sözlərinə görə, onlar təhlükəsizlik baxımından ABŞ-da qalmağa qərar veriblər.
Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu "Mən burada yaşamaqdan və uşaqlarımı böyütməkdən çox zövq alıram" deyib.
Şahzadə Harri əlavə edib ki, oğlu Arçi və qızı Lilibetin Böyük Britaniyada edə bilmədiyi şeylər var.
Sasseks hersoqlarının 2020-ci ildə kral ailəsini tərk etmək qərarından sonra Kral III Çarlz onları vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən polis mühafizəsindən məhrum edib.
Aprel ayında Şahzadə Harrinin Böyük Britaniya ilə əlaqələrini kəsdiyi məlum olub. Şirkətlər Evinin dərc etdiyi sənədlər III Çarlzın kiçik oğlunun yeni yaşayış yerinin ABŞ olduğunu göstərir. Münasibətlər üzrə ekspert Luella Alderson deyib ki, Şahzadə Uilyam qardaşının qərarına mənfi reaksiya vermiş ola bilər.
Samir