AEB: "Avropa bizneslərinin Rusiyanı tərk etmək istəmir"

DÜNYA
22:34 / 05.12.2024
167

Rusiya Avropa şirkətləri üçün mühüm bazar olaraq qalır. Qərb sahibkarları öz yerlərini itirmək istəmirlər. 

HİT.az xəbər verir ki, bu barədə XVII Verona Avrasiya İqtisadi Forumu çərçivəsində Avropa Biznesləri Assosiasiyasının (AEB) sədr müavini Filip Peqorye "RİA Novosti" ilə söhbətində bildirib.

"Avropa şirkətləri Rusiyada və Avrasiya İttifaqında ən mühüm investordur, onların çoxu qalır və biz işi davam etdirmək üçün bir yol tapmalıyıq", deyə Peqorye qeyd edib.

AEB rəhbərinin müavini vurğulayıb ki, Qərb ölkələrinin məhdudiyyətləri Rusiya iqtisadiyyatının və Avropa biznesinin bir çox sektorlarını bağlayıb. Onun sözlərinə görə, Rusiyanın səhiyyə bazarı avropalı sahibkarlar üçün böyük maraq doğurur.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbin sanksiyaları səbəbindən yeni logistik marşrutların qaçılmaz inkişafı barədə məlumat verib. Rusiya liderinin sözlərinə görə, Rusiya yeni marşrutlar axtarmağa məcburdur və onları uğurla həyata keçirir.

Samir
 

0