"Qərb diplomatları Türkiyədə iğtişaşlar yaratmağa çalışırdılar".
HİT.az "Aydınlık" qəzetinə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Süleyman Soylu deyib.
"Bircə dənə də olsun Qərb diplomatını iğtişaşları qızışdırmaq istədikləri üçün Cənub-Şərqi Anadoluya buraxmadım", deyə Süleyman Soylu bildirib.
Daxili İşlər Nazirliyinin sabiq rəisi 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı etdiyi hərəkətlərə münasibət bildirib. O qeyd edib ki, bu barədə ilk dəfə danışır, lakin bu aksiya sayəsində Türkiyə tərəfi uğur qazanıb. Soylu qeyd edib ki, fövqəladə vəziyyət zamanı o, Qərb diplomatlarının Cənub-Şərqi Anadolu ərazisinə daxil olmasını qadağan edib.
Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü, mayın 31-də yeni hökumətin formalaşdırılmasından əvvəl hazırkı Nazirlər Kabinetinin son iclasını keçirəcək. İclasın gündəliyi və nə qədər davam edəcəyi barədə məlumat verilməyib.
Samir