"Böyük müharibə Britaniya ordusunu yarım ildə məhv edə bilər" - Nazir müavini

DÜNYA
18:00 / 05.12.2024
128

Britaniya müdafiə nazirinin müavini Alistair Karnes bildirib ki, Rusiya-Ukrayna müharibəsi kimi böyük müharibə baş verərsə, Britaniya ordusu 6 aydan bir ilədək müddət ərzində məhv edilə bilər.

HİT.az bu barədə BBC-yə istinadən xəbər verir.

Karnesin sözlərinə görə, Rusiya Ukraynaya qarşı müharibədə hər gün 1500-ə yaxın əsgərini (ölən və ya yaralanan) itirir.

"Genişmiqyaslı müharibədə - məhdud müdaxilə deyil, Ukraynaya bənzər - ordumuz, məsələn, daha geniş çoxmillətli koalisiyanın bir hissəsi olaraq bu cür itkilərlə altı aydan bir ilə qədər başa çatacaq", deyə nazir müavini qeyd edib.

Karnes qeyd edib ki, bu, genişmiqyaslı müharibədə döyüşə bilmək üçün ehtiyatların olmasının vacibliyini nümayiş etdirir.

Rəsmi məlumatlara görə, 2024-cü il oktyabrın 1-də Britaniya ordusunun gücü 109 245 nəfər, o cümlədən 25 814 könüllü ehtiyatda olan hərbçi olub.

"Bu o demək deyil ki, bizim daha böyük orduya ehtiyacımız var. Amma bu o deməkdir ki, böhran zamanı insanları tez bir zamanda bir araya gətirə bilməliyik. Ehtiyatlar bu proses üçün kritik, tamamilə əsasdır. Onlarsız biz kütləni artıra bilmərik və bir çox müdafiə tapşırıqlarını yerinə yetirə bilməyəcəyik", deyə Karnes bildirib.

Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Entoni Radakin hesab edir ki, NATO Rusiyaya qarşı çəkindirmə strategiyasını gücləndirməlidir.

Samir

0