ABŞ hakimiyyəti Cənubi Koreyada vəziyyətin gələcək inkişafının demokratik normalara uyğun baş verəcəyini gözləyir.
HİT.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Koreya Respublikasının xarici işlər naziri Ço Tae Yeol ilə telefon danışığında bildirib.
Blinken Cənubi Koreyada hərbi vəziyyətin tətbiqindən dərin narahatlığını ifadə edib və onun aradan qaldırılmasına çağırıb. Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin sözlərinə görə, Blinken Koreya Respublikasında "demokratik prosesin qalib gələcəyinə" ümid edir.
Qeyd edək ki, Cənubi Koreyada son günlərdə siyasi və ictimai hadisələr diqqət mərkəzindədir. Dekabrın 3-də prezident Yun Sok Yol tərəfindən ölkədə hərbi vəziyyət tətbiq edilmişdi. Bu addım Şimali Koreyanın daxili işlərə müdaxiləsinin qarşısını almaq və konstitusiya hüquqlarını bərpa etmək məqsədi ilə əsaslandırılmışdı. Ancaq bu qərar geniş etirazlara səbəb olub, yüzlərlə insan Seuldakı Milli Assambleyanın qarşısına toplaşaraq hərbi vəziyyətə qarşı çıxıb və prezidentin istefasını tələb edib.
Dekabrın 4-də prezident hərbi vəziyyəti ləğv edib. Bununla belə, qərarın təsirləri və ictimai narazılıqlar davam edir. Hətta müdafiə naziri istefa verib, polis dövlət başçısı ilə bağlı istintaq başladıb.
Samir