Rusiya ödənişləri dayandırdı: Abxaziya dövlət işçilərinə maaş verməyə pul tapmır

DÜNYA
18:32 / 06.12.2024
178

Tanınmamış Abxaziyada dövlət sektoru işçilərinin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarının maaşlarını ödəmək üçün vəsait yoxdur.

HİT.az xəbər verir ki, bu barədə Abxaxiyanın maliyyə naziri vəzifəsini icra edən Vladimir Delba bildirib. 

Onun sözlərinə görə, belə işçilər həm əmək haqqı, həm də digər məcburi xərclər üçün maliyyəsiz qalırlar.

"Bu günə qədər respublika büdcəsindən heç bir dövlət sektorunda çalışan işçiyə maaş verilməyib. Heç nə ödənilməyib. Mən ilk növbədə, əlbəttə ki, təhlükəsizlik blokuna, hüquq-mühafizə orqanlarına diqqət çəkirəm", deyə Delba bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsindən bütün vəsaitlər Rusiyadan gələn elektrik enerjisi axınının ödənilməsinə sərf olunur. O vurğulayıb ki, elektrik enerjisi almaq üçün vəsait axtarışı davam etdiyi halda, büdcə işçiləri maaşsız qalacaq. Enerji çatışmazlığı səbəbindən respublikanın qərb hissəsi və paytaxt Suxum 2023-cü ilin noyabr ayından Rusiyadan gələn axınlar vasitəsilə, şərq hissəsi isə Abxaziya və Gürcüstan sərhədində yerləşən İnquri su elektrik stansiyasından elektrik enerjisi ilə təmin olunur. 

Sentyabrın 1-də Rusiya abxaz həkimləri, müəllimləri və hüquq-mühafizə orqanları əməkdaşlarına sosial ödənişləri dayandırıb. Abxaziyanın xarici işlər naziri Sergey Şamba bildirib ki, bu, Rusiya qarşısında öhdəliklərin yerinə yetirilməməsi səbəbindən baş verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ödənişlərin dayandırılmasını “öhdəliklər balansının saxlanması” ilə izah edib. O qeyd edib ki, tərəflər arasında sazişlər paketi mövcuddur. Bu həftə Abxaziya parlamentinin Rusiya ilə investisiya sazişini ratifikasiya etməməsi kütləvi etirazlara səbəb olub.

Samir

0