Rusiyanın xalq artisti Raisa Ryazanova onu Ukrayna Silahlı Qüvvələrinə dəstək verməkdə ittiham edən fırıldaqçılara 4 milyon rubl verib.
HİT.az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.
Fırıldaqçılar özlərini Ryazanovaya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları kimi təqdim ediblər. Onlar bildiriblər ki, aktrisanın adı guya Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirən şəxslərin siyahısında yer alır. İddiaya görə, onun hesabından 30 milyon rubl köçürülüb və bu məbləğ USQ tərəfinə keçmiş keçmiş FSB əməkdaşı İlya Boqdanova çatıb.
"Moskva göz yaşlarına inanmır" filminin ulduzundan 4 milyon rubl tələb edərək bunun onun USQ-ni maliyyələşdirmədiyini sübut edəcəyini deyiblər. SHOT-un məlumatına görə, Ryazanova nağd pul çıxarıb və vəsaiti ötürərkən "Şura" kod sözünü işlədib.
Daha sonra aktrisa guya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlaya bilməyib və bununla da dələduzların qurbanı olduğunu anlayıb. Hazırda 80 yaşlı sənətçi baş verənlərlə bağlı polisə müraciət edib.
Raisa Ryazanova ən çox Vladimir Menşovun çəkdiyi “Moskva göz yaşlarına inanmır” melodramında çəkilməklə məşhurlaşıb. Ryazanovanın filmqgrafiyasında 200-dən çox rol yer alır. O, “Tanrının gözü”, “Ağ Bim Qara qulaq”, “Barışnya-kəndli qız”, “Ovçu”, “Mən yenə də sevirəm...”, “Əyalət dedektivi”, “Çəyirtkələr”, “Əsgərlər”, “Qəşəng doğulma” kimi layihələrdə çəkilib.
Samir