ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkədə prezident seçkilərinin keçirilməsi üsulunu dəyişməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” nəşri yazır.
"Biz əslində çoxdan lazım olan bir şeyi həyata keçirəcəyik. Biz isə seçkilərin qaydalarına baxacağıq. Kağız bülletenlər, bir günlük səsvermə, seçici şəxsiyyət vəsiqəsi və vətəndaşlığı təsdiq edən sənəd gətirmək istəyirik", deyə o vurğulayıb.
Seçilmiş prezident xatırladıb ki, məsələn, Kaliforniyada ABŞ vətəndaşı seçkilərdə səs verərkən əyalət hakimiyyət orqanları şəxsiyyətin təsdiqini tələb edə bilməz. Tramp bu cür yanaşma ilə razılaşmadığını bildirib.
Samir