Maloni Zelenskini söz verdi: İtaliya Ukraynaya tam dəstək verəcək

23:11 / 06.12.2024
144

İtaliyanın baş naziri Corcia Meloni cümə günü Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynaya hərtərəfli və “360 dərəcə dəstək” veriləcəyini əmin edib.

HİT.az xəbər verir ki, bu barədə ANSA Meloninin ofisinin bəyanatına istinadən məlumat yayıb.

"Zelenski ilə söhbət zamanı İtaliyanın baş naziri İtaliyanın ədalətli sülhün bərqərar olması üçün Ukraynaya və Ukrayna xalqına verdiyi və göstərməyə davam edəcəyi 360 dərəcə dəstəyi bir daha vurğuladı", deyə bəyanatda qeyd edilir.

Liderlər gələcək diplomatik təşəbbüslər, o cümlədən dekabrın 19-20-də Avropa Şurasının iclası ilə bağlı fikir mübadiləsi aparıblar. Meloni İtaliya prezidentinin gələn il Romada Ukraynanın bərpası ilə bağlı konfrans təşkil etmək öhdəliyini də xatırladıb.

Maloni ilə telefon danışığı zamanı Zelenski Ukraynaya növbəti, onuncu yardım paketinin köçürülməsini sürətləndirməyi müzakirə edib.

"Mən İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə telefon danışığım oldu. Döyüş meydanındakı mövcud vəziyyət barədə danışdım. Biz Ukraynaya hərbi dəstəyin davam etdirilməsi, xüsusən də hərbi yardımın təmin edilməsinin sürətləndirilməsini müzakirə etdik", deyə Zelenski sosial şəbəkədə yazıb.

Ukrayna prezidenti və İtaliyanın baş naziri həmçinin regionda təhlükəsizlik vəziyyətini müzakirə etmək və Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmaq üçün Avropa dövlətləri liderləri səviyyəsində koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Samir

0