Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı altıya çatıb.
HİT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı başsağlığı mətnində deyilir.
"İspartada baş verən helikopter qəzasında ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən əməkdaşımızı xilas etmək mümkün olmayıb. O, şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrimizə başsağlığı diləyirik", - məlumatda vurğulanıb.
Helikopterdə şəhid olan hərbçilərdən biri İsparta Quru Aviasiya Məktəbinin komandiri general-mayor İsa Baydillidir.