Netanyahu dələduzluq və rüşvət işi üzrə məhkəmədə ifadə verəcək

11:11 / 10.12.2024
113

İsrailin baş naziri Benyamin Netanyahu 2016-cı ildə başlayan korrupsiya məhkəməsində ilk ifadəsini verəcək. Ümumilikdə ona qarşı üç iş açılıb: "1000-ci iş", "2000-ci iş" və "4000-ci iş". 

HİT.az xəvər verir ki, Netanyahu rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadədə ittiham olunur.

The Times of Israel xəbər verir ki, Benyamin Netanyahu ifadə verməzdən əvvəl üç ayda ilk mətbuat konfransını keçirib. Nəşr yazır ki, baş nazir hüquq sisteminə, hüquq-mühafizə sisteminə, ümumilikdə mediaya və konkret jurnalistlərə qarşı qəzəbli hücuma keçib.

"Həqiqəti təqdim etmək üçün səkkiz il gözlədim. Səkkiz il gözlədim ki, nəhayət mənə qarşı vəhşi və gülünc ittihamlara son qoyulsun. Mən qəddar ifritə ovunu ifşa etmək üçün səkkiz il səbr etdim. Heç bir cinayət yox idi, amma onu axtarırdılar. Onlar cinayət tapmadılar, ona görə də uydurdular", deyə İsrailin baş naziri bildirib.

2019-cu ildə Benyamin Netanyahuya qarşı ittihamlar irəli sürülüb. Birincisi, əlverişli media işıqlandırması müqabilində İsrail televiziyasına bir neçə yüz milyon dollar rüşvət verilməsini nəzərdə tutur. İkincisi, baş nazirlə qəzetlərdən birinin naşiri arasında iddia edilən sui-qəsdlə bağlıdır. Üçüncü ittihama görə, Netanyahu himayəçilik qarşılığında prodüser Arnon Milçandan və milyarder Ceyms Pakerdən də bahalı hədiyyələr alıb.

İsrailin baş nazirini rüşvət verməyə görə 10 ilə, fırıldaqçılıq və etibardan sui-istifadəyə görə isə üç ilə qədər həbs cəzası gözləyir. Axios yazır ki, son günlər Benyamin Netanyahu Suriyada Bəşər Əsəd rejiminin süqutunu bəhanə edərək ifadə verməyi təxirə salmağa çalışıb. Dekabrın 7-də keçirilən iclasda bir neçə nazir prokurorlardan məhkəmənin təxirə salınmasına razılıq vermələrini tələb ediblər.

Samir

0