ABŞ şirkəti UBS-"Credit Suisse" birləşməsinə görə İsveçrəni məhkəməyə verir

DÜNYA
15:42 / 10.12.2024
121

Amerikanın "AllianceBernstein" investisiya şirkəti ötən il "Credit Suisse" və UBS-nin birləşməsinə görə İsveçrə hökumətini məhkəməyə vermək niyyətindədir. 

HİT.az bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazır.

Qeyd edək ki, 2023-cü ilin martında iflas ərəfəsində olan "Credit Suisse" təcili olaraq digər İsveçrə bankı UBS-ə satılıb, əməliyyat tamamilə İsveçrə hökumətinin nəzarəti altında olub. Sövdələşmənin bir hissəsi olaraq səlahiyyətlilərin əmri ilə əvvəllər "Credit Suisse" tərəfindən buraxılmış AT1 istiqrazlarının dəyəri silinib - təxminən 17 milyard dollar.

Bu ilin iyun ayında bir qrup İsveçrə bankı istiqraz sahibi Nyu-Yorkun Cənub Dairəsi məhkəməsində İsveçrə hökumətinə qarşı iddia qaldırıb.

FT xəbər verir ki, "AllianceBernstein" yanvar ayında məhkəməyə qoşulacaq. Qəzetin yazdığına görə, "AllianceBernstein" İsveçrə hakimiyyətindən 225 milyon dollar məbləğində təzminat tələb edəcək.

Samir

0