Finlandiyada 2024-cü ilin yanvar-noyabr aylarında özünü müflis elan edən şirkətlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4% artıb.
HİT.az xəbər verir ki, bu barədə Finlandiyanın iqtisadi nəşri "Kauppalehti" məlumat yayıb.
Nəşr aydınlaşdırır ki, bu müddət ərzində 2829 şirkət rəsmi olaraq müflis olub. 2023-cü ilin yanvar-noyabr aylarında 2517 müəssisə belə tanınıb.
"Kauppalehti" yazır ki, iflas etmiş şirkətlərin sayı artıq bütün ötən ilin göstəricisini üstələyib. Hər ay 260-a yaxın şirkət müflis elan edilir.
Paşa Məmmədli