Pentaqon: "Oreşnik" Ukraynadakı münaqişənin gedişinə təsir göstərməyəcək"

DÜNYA
18:03 / 10.12.2024
128

Amerika rəsmiləri hesab edir ki, Rusiyanın “Oreşnik” ballistik raketi Ukraynadakı münaqişəyə strateji təsir göstərməyəcək. 

HİT.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks deyib.

“Biz Ukraynadakı münaqişə kontekstində strateji dəyişikliklər görmürük”, deyə o bildirib.

Hiksin sözlərinə görə, Vaşinqton Rusiya prezidenti Vladimir Putinin nüvə məsələlərinə dair bəyanatlarını diqqətlə öyrənir.

Pentaqonun rəhbərinin müavini Krım da daxil olmaqla Rusiyaya ərazi güzəştlərinin əleyhinə çıxış edib. Onun fikrincə, belə bir addım guya dünyada yeni münaqişələrə səbəb ola bilər. Eyni zamanda Hiks etiraf edib ki, Rusiya Ukraynada bütün döyüş imkanlarının inteqrasiyasını təkmilləşdirir.

Bundan əvvəl Helsinki Universitetinin professoru, geosiyasi ekspert Tuomas Malinen bildirmişdi ki, Rusiyanın ən yeni orta mənzilli raket sistemi olan “Oreshnik”i almasından sonra NATO ölkələrinin Ukraynadakı münaqişədə çox az variantı qalıb.

Samir

0