Makron Bidzina İvanişviliyə kömək təklif etdi

DÜNYA
15:24 / 11.12.2024
127

Fransa prezidenti Emmanuel Makron hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili ilə telefon danışığı aparıb. 

HİT.az xəbər verir ki, bu barədə TASS siyasi assosiasiyanın mətbuat xidmətinə istinadən yazır.

Bəyanatda qeyd edilir ki, söhbət Fransa liderinin təşəbbüsü ilə baş tutub.

"Makron qeyd edib ki, o, Gürcüstandakı vəziyyətdən təəssüflənir və vəziyyətin tamamilə yumşalması üçün öz töhfəsini verməyə hazır olduğunu bildirib. Öz növbəsində İvanişvili təşəbbüsə görə Fransa prezidentinə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb", deyə məlumatda bildirilib.

Noyabrın 28-də Gürcüstanın bir sıra şəhərlərində, o cümlədən Tiflisdə kütləvi etiraz aksiyaları başlayıb. Səbəb hakimiyyətin respublikanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarı olub.

Ölkənin baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, hökumət avropalı siyasətçilərin qəbuledilməz hərəkətlərinə görə belə bir addım atıb. O, Brüsselin qrant və kreditlərdən şantaj aləti kimi istifadə etməyə çalışdığına aydınlıq gətirib.

Dekabrın 10-da Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Aİ-ni münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında qurmağa çağırıb. O, həmçinin Avropa Parlamentinin Tiflisi tənqid edən qətnaməsini “siyasi spekulyasiya” adlandırıb.

Samir

0