Əsədin sarayında psixi pozğunluqlar üçün həblər tapıldı

DÜNYA
17:45 / 11.12.2024
67

Keçmiş prezident Bəşər Əsədin sarayını ələ keçirən Suriya müxalifətçiləri binaların birində ruhi xəstəliklərə qarşı həblər tapıblar. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın "New York Times" (NYT) qəzeti yazır.

Tapılan dərmanlar arasında həkimlərin yuxusuzluq və narahatlıq pozğunluqlarını müalicə etmək üçün təyin etdiyi benzodiazepin də var.

Sarayda Əsədin öz tərcümeyi-halı və Rusiya Silahlı Qüvvələrinin tarixi də daxil olmaqla kitabları da tapılıb.

Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusu komandanlığı Əsəd hakimiyyətinin sona çatdığını elan edib. Eks-prezident özü ölkəni tərk edərək Rusiyaya gedib və oradan sığınacaq alıb. Əsədin sarayı talan edilərək yandırılıb, media yanğının videosunu yayıb.

Samir

0