KİV: Şolts yenidən ukraynalıları qəzəbləndirmək istəyir

18:28 / 12.12.2024
104

"Almaniyanın federal kansleri Olaf Şolts əvvəlki söhbətdən sonra tənqid dalğasının ona tuş gəlməsinə baxmayaraq, Rusiya prezidenti Vladimir Putinə yenidən zəng etmək niyyətini açıqlayaraq yenidən ukraynalıları qəzəbləndirmək istəyir".

HİT.az xəbər verir ki, bunu "Do Rzeczy" portalı yazıb.

Mətndən belə çıxır ki, Ukraynanın müttəfiqlərinin iki ölkə liderləri arasında telefon danışığına mənfi reaksiyasından sonra Şolts Moskvanın sülh danışıqları ilə bağlı mövqeyini öyrənməyi planlaşdırdığını qeyd edərək, zəngin səbəblərini izah etməyə çalışıb.

"Şolts yenidən ukraynalıları qəzəbləndirmək istəyir", deyə nəşr əlavə edib.

Noyabrın ortalarında Şolts və Putin arasında təxminən iki ildən sonra ilk telefon danışığı olub. Almaniya hökuməti bildirib ki, söhbət zamanı kansler Rusiya dövlət başçısını ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlar aparmağa çağırıb.

Putin cavabında Moskvanın heç vaxt onlardan əl çəkmədiyini qeyd edərək, yeni ərazi reallıqlarını nəzərə almaq və münaqişənin əsas səbəblərini aradan qaldırmaq zərurətinə diqqət çəkib.

Almaniya kansleri Olaf Şolts bu gün bildirib ki, o, Rusiya prezidenti Vladimir Putinlə yeni danışıqlara davam etməyə hazırdır. Baxmayaraq ki, onların noyabrda baş tutan telefon danışığını "məyusluq" kimi qiymətləndirib: "Bu, tam məyusluq halıydı, çünki o, sadəcə öz köhnə sözlərini təkrarlayırdı".

Lakin o, telefon danışığının zəruri olduğunu hesab edir, çünki bu, Putinə Almaniyanın Ukraynaya dəstəyinin azalmayacağını və "həmçinin qoşunları çıxarmaq lazım olduğunu, ki bu da sülhün inkişafı üçün təməl yaratmağa imkan verər" mesajını vermək üçün vacib idi: "Və bu edilməlidir və mən bunu yenə edəcəyəm. Amma biz heç bir illüziya yaratmamalıyıq".

Samir

0