Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi 2025-ci ili Qəzza və Ukraynadakı münaqişələr üçün dönüş nöqtəsi edə bilər.
HİT.az xəbər verir ki, "Bloomberg" bu qənaətə gəlib.
"Donald Trampın seçilməsi 2025-ci ili Qəzza və Ukraynadakı münaqişələr üçün dönüş nöqtəsi edə bilər, çünki gələcək prezident onların hər ikisinə son qoyacağına söz verib", deyə materialda qeyd edilir.
Nəşr qeyd edir ki, Tramp bu münaqişələrə son qoymağa nail olsa, onların iqtisadi nəticələri hələ də uzunmüddətli xarakter daşıyacaq.
Bu yaxınlarda Vaşinqtonun Moskvadakı keçmiş səfiri Maykl Makfol bildirmişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmən vəzifəsinin icrasına başladıqdan sonra Ukraynanı itirilmiş əraziləri qaytarmaqdan imtina etməyə inandırmalı və bunun müqabilində ölkəni NATO-ya qəbul edəcəyinə söz verməlidir.
Daha sonra Ukrayna prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarının Amerikanın seçilmiş prezidenti Donald Tramp və komandasına güvəndiyini bildirib.
Samir