Dmitri Medvedev: "İsrail artıq Suriyadakı mövcud vəziyyətdən istifadə edib"

DÜNYA
20:00 / 12.12.2024
138

"Bəzi dövlətlər, o cümlədən İsrail artıq Suriyadakı mövcud vəziyyətdən istifadə etməyə başlayıb". 

HİT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rusiyalı jurnalistlərlə görüşündə bildirib.

“İsrail artıq faktiki olaraq Suriya ilə Kolan təpələri ilə bağlı əvvəlki razılaşmaları etibarsız elan edib və uğurunu yerlərdə qurur", deyə o qeyd edib.

Medvedevin sözlərinə görə, o, bilmir ki, bu, Suriya paytaxtını ələ keçirən müxalifət qüvvələrinin məqsədlərindən biri olub.

Eyni zamanda, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini diqqəti Yaxın Şərqdə baş verənlərin regionda vəziyyəti sadələşdirmədiyinə yönəlib. Onun dediyinə görə, Moskva mövcud imkanları çərçivəsində dünyanın bu hissəsində öz maraqlarını müdafiə etməyə davam edəcək.

1944-cü ildən Kolan təpələri tamamilə Suriyaya aid idi, lakin 1967-ci ildə altı günlük müharibə zamanı İsrail bu ərazilərə nəzarəti ələ keçirib. 1973-cü ildə Yom Kippur müharibəsindən sonra ölkələr atəşkəs razılaşması əldə edərək Kolan təpələrini bölüşdürüblər.

Eyni zamanda, 1981-ci ildə İsrail müqaviləyə əsasən onun nəzarətində olan torpaqları birtərəfli qaydada ilhaq edib. Elə həmin il BMT Təhlükəsizlik Şurası bu addımı qeyri-qanuni elan edib.

Bu il dekabrın 7-8-də İsrail qoşunları yarım əsrdən artıq müddətdə ilk dəfə olaraq Kolan təpələrində Suriya sərhədini keçib. Heç bir müqavimətlə üzləşməyən ordu Hermon dağ silsiləsinin Suriya tərəfinə nəzarəti ələ keçirib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Kolan təpələri əbədi olaraq ölkənin “ayrılmaz hissəsi” olaraq qalacaq.

Samir


 

0