Almaniya kansler Olaf Şoltsun əleyhdarları olan "Almaniya üçün Alternativ" (AfD) partiyasının nümayəndələri Rusiya ilə münasibətlərin kəskinləşməsinin qarşısını almaq üçün parlamentdə hökumət başçısını dəstəkləmək qərarına gəliblər.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın Politico qəzeti yazır.
Qəzetin xəbərində qeyd edilir ki, bazar ertəsi, dekabrın 16-da Şolts hökumətə etimad məsələsini müzakirə edərkən parlamentdə uduzmaq üçün hər şansa malikdir.
Politico yazır ki, AfD deputatları Xristian Demokratik İttifaqından (CDU) kansler namizədi Fridrix Merzin Rusiya ilə münasibətləri əhəmiyyətli dərəcədə gərginləşdirə biləcəyindən ehtiyat edərək Şoltsu dəstəkləmək niyyətlərini açıqlayıblar.
Almaniyanın hazırkı hökumətinə etimad səsverməsi ilə bağlı debat bazar ertəsi, dekabrın 16-na təyin edilib. Hazırkı hökumətə və şəxsən Şoltsa etimad göstərilsə, koalisiya hökumətinin qurulması prosesi başlayacaq. Lakin bu variant mümkünsüz hesab olunur.
Samir