Aktrisa Kemeron Diaz Benci Maddenlə uğurlu evliliyin sirri haqqında danışıb.
HİT.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Kameron Diaz uğurlu evliliyin sirrinin terapiyada olduğunu deyib:
"Bizim ailədə terapiya böyük bir şeydir. Bizdən asılı olan budur. Hər iki şəxs hər gün 100%-ni sərf etməsə, evli olmaq, ailə qurmaq mümkün deyil. Bir-birinizə qəzəbli olsanız da, bir-birinizi görmək istəməsəniz də, bir-birinizdən yorulsanız belə, bu, yenə də evliliyə, ortaqlığa və ailəyə 100 faiz bağlılıqdır".
Aktrisa ərinə onun əkizi olmadığını tez-tez söyləməli olduğunu etiraf edib:
"Mən sənin əkizin deyiləm. Sən mənim nə düşündüyümü bilmirsən".
Qeyd edək ki, aktrisa və gitaraçı 2015-ci ildən evlidir. 2019-cu ildə Kameron Diaz ilk dəfə ana olub - qızı Raddiksi dünyaya gətirub. Evləndikdən sonra məşhur filmlərdə rol almağı dayandırıb, lakin 2022-ci ilin sentyabrında qayıtdığını elan edib.
Kemeron Diaz və Benci Madden bu yaxınlarda ikinci dəfə valideyn olublar. Cütlüyün bir oğlu dünyaya gəlib. Onlar uşağa Kardinal adını verib. Aktrisa və musiqiçi xəbəri gizli saxlayıb və yalnız bir müddət sonra "Instagram"da paylaşıb.
Samir