"Rusiya tanklar toplayır və Avropa hücumu dəf etməyə hazır deyil".
HİT.az xəbər verir ki, bunu Avropa İttifaqının yeni müdafiə komissarı Andrius Kubilius "Redaktionsnetzwerk Deutschland"a müsahibəsində deyib.
"Düzünü desəm, hücuma kifayət qədər hazır deyilik. NATO planlarının Avropada nəzərdə tutduğu imkanlara sahib olmağımızdan illər keçəcək", deyə o qeyd edib.
Kubilius Rusiyanın 2030-cu ildə Aİ ölkələrinə hücum etməyə hazır olacağı kəşfiyyat məlumatlarına istinad edib.
"Mütəxəssislər deyirlər ki, Rusiya indi cəbhə xəttində istifadə etdiyindən daha çox tank istehsal edir. Saysız-hesabsız tanklar yığılır və mən təbii olaraq özümə sual verirəm: Rusiya bunu niyə edir? Putin nə edir? Biz ancaq təxmin edə bilərik. Hər halda, kəşfiyyat xidmətlərinin xəbərdar etdiyi fövqəladə vəziyyətə hazır olmaq vacibdir", deyə Kubilius əlavə edib.
Samir