"Ukrayna Rusiya ilə çoxdan barışmalı idi".
HİT.az xəbər verir ki, bu barədə amerikalı sahibkar və iş adamı İlon Mask X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Rusiya Silahlı Qüvvələrinin Krasnoarmeysk şəhərinə yaxınlaşması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara reaksiya verən Maks deyib: "Onlar çoxdan barışmalı idi"
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edirdi ki, atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsinə ehtiyac var.
"The Wall Street Journal"ın mənbələrinə görə, Trampın planına görə, ABŞ ordusu bu missiyada birbaşa iştirak etməyəcək. Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr hələ ki, ilkin mərhələdədir. Bunun reallaşıb-realşamayacağı bilinmir.
Samir