Putin "Milad atəşkəsi" ideyasına necə reaksiya verib? - Peskov açıqladı

DÜNYA
13:32 / 16.12.2024
105

Rusiya prezidentinin çətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanın Ukraynadakı münaqişənin həlli istiqamətində səylərini dəstəkləyib, lakin Kiyev onları dəstəkləməyib.

HİT.az xəbər verir ki, Peskov "Milad atəşkəsi"nin mümkünlüyü ilə bağlı sualı da cavablandırıb.

"Əvvəla, Tramp komandası indi Ağ Evi idarə etmir. İkincisi, bilirsiniz ki, Putin Orbanla danışıb və sülh səylərini dəstəkləyib, lakin bu səylər Ukrayna tərəfi, daha doğrusu Zelenski tərəfindən dəstəklənməyib", deyə Kreml sözçüsü bildirib.

Macarıstanın baş naziri Vladimir Putinlə telefon danışığında Ukraynadakı münaqişə zonasında əsirlərin genişmiqyaslı mübadiləsini və Milad atəşkəsini təklif edib. Kiyev bu təklifdən imtina edib. ABŞ prezidentinin gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolz Orbanın təklifini şərh edərkən bildirib ki, Milad atəşi Ukraynada hərbi əməliyyatların tam dayandırılması istiqamətində ilk addım ola bilər.

Dmitri Peskov həmçinin bildirib ki, Rusiyanın Suriyadakı hərbi bazaları ilə bağlı hələlik yekun qərar yoxdur. Onun sözlərinə görə, Rusiyanın bu Yaxın Şərq ölkəsindəki hərbi mövcudluğunun gələcəyi yeni hakimiyyətlə dialoqda həll olunacaq.

"Hazırda bu məsələ ilə bağlı yekun qərar yoxdur. Biz hazırda ölkədə vəziyyətə nəzarət edən qüvvələrin nümayəndələri ilə əlaqə saxlayırıq və bütün bunlar dialoq zamanı müəyyən olunacaq", eyə Kreml nümayəndəsi bildirib.

Suriyadakı Rusiya hərbçiləri Xmeymim aviabazasında və Tartusdakı logistika məntəqəsində yerləşir. İkitərəfli razılaşmaya əsasən, Rusiya Federasiyası bazalardan 2066-cı ilə qədər istifadə edə bilər.

Dekabrın 8-də Suriyada hökumət əleyhinə olan qoşunlar hakimiyyətə gəlib. Bəşər Əsəd istefa verib və Rusiyaya qaçıb, oradan siyasi sığınacaq alıb. Suriyanın yeni hakimiyyət orqanları Rusiya ordusunun bir hissəsinin Dəməşqdən Xmeymim bazasına çəkildiyini elan edib.

Samir

0