"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın rəhbərliyi altında Moskva və Kiyev arasında davamlı anlaşılmazlıqlar səbəbindən Ukrayna üzrə sürətli danışıqlar aparılmayacaq".
HİT.az xəbər verir ki, bu fikri “The Times” qəzetinə müsahibəsində Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba deyib.
"Məncə, heç bir sürətli danışıqlar olmayacaq", deyə sabiq XİN başçısı bildirib.
Kulebanın sözlərinə görə, Rusiya ilə Ukrayna arasında hələ də sülhü qeyri-mümkün edən fundamental fikir ayrılıqları mövcuddur.
Bu baxımdan Ukraynanın keçmiş xarici işlər naziri hesab edir ki, Trampın Ukrayna ilə bağlı sülh sazişi ilə razılaşması çətin olacaq.
Bundan əlavə, Tramp fikrini dəyişə və Kiyevə hərbi və maliyyə yardımı göstərməyə davam edə bilər.
Bundan əvvəl "Bloomberg"in köşə yazarı Hal Brands Ukraynanın Rusiya ilə davam edən münaqişədə uduzduğunu və buna görə də Trampın tezliklə tərəfləri danışıqlar masasına oturacağını yazmışdı.
Samir