Suriya hakimiyyəti Müdafiə Nazirliyini yenidən təşkil edir

DÜNYA
16:44 / 17.12.2024
82

Suriyanın yeni hakimiyyət orqanları respublikanın Müdafiə Nazirliyini yenidən təşkil etməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə ölkənin keçid hökumətinin başçısı Məhəmməd əl-Bəşir Əl-Cəzirə telekanalına bildirib.

“Müdafiə Nazirliyi devrilmiş rejimin inqilabçıları və fərari zabitlərinin daxil edilməsi ilə yenidən strukturlaşdırılacaq”, deyə o qeyd eidb.

Dekabrın 14-də məlum olub ki, Suriya Müdafiə Nazirliyi bütün silahlı birləşmələri ləğv edəcək. Prezident Bəşər Əsədi devirən qüvvələr həmçinin bütün müxalifət birliklərini, milli koalisiyanı, danışıqlar komitəsini ləğv edib vahid hökumətin himayəsi altında fəaliyyət göstərməyi planlaşdırır.

Suriyada siyasi vəziyyət noyabrın sonunda yerli müxalifətin silahlı qruplaşmalarının fəallaşması səbəbindən daha da pisləşib. Dekabrın 8-nə keçən gecə onlar respublikanın paytaxtı Dəməşqə nəzarəti ələ keçiriblər. Eyni zamanda, ölkə ordusunun komandanlığı onun prezidenti Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib.

Samir
 

0