Kobaxidze Aİ-nin anti-Gürcüstan sanksiyalarına qarşı çıxan beş ölkənin adını açıqladı

DÜNYA
17:53 / 17.12.2024
73

"Avropa İttifaqının Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılması ilə bağlı qərarı anti-Gürcüstan xarakteri daşıyır". 

HİT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Şuranın verdiyi yeganə tövsiyə diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi prosedurunun başlanması ilə bağlı olub", deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, bu tövsiyə simvolik məna daşıyır və anti-Gürcü addımıdır. O əlavə edib ki, bu, Avropa strukturlarının Gürcüstanı qavramasına olan inamını sarsıdır. Kobaxidze Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniya nümayəndələrinə gürcü tərəfinə qarşı sanksiyaların tətbiqinə qarşı çıxışlarına görə təşəkkür edib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller ölkənin Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirmişdi. Onun sözlərinə görə, ötən həftə Amerika hakimiyyəti Gürcüstan hakimiyyəti tərəfindən demokratik normaları pozduqlarına görə, təxminən 20 nəfərə, o cümlədən yüksək vəzifəli məmurlar və parlament üzvlərinə viza məhdudiyyəti tətbiq edib. Miller xəbərdarlıq edib ki, Vaşinqton yaxın həftələrdə Tiflisə qarşı digər tədbirlər görməyə hazırdır.

Samir

0