Notr-Dam kilsəsinin "milyarderi" - Bernard Arno tənqid olundu

DÜNYA
12:40 / 18.12.2024
36

2019-cu ildəki yanğında böyük zərər görən və bu il dekabrın 7-də təntənəli mərasimlə yenidən açılan Parisin simvollarından biri olan Notr-Dam kilsəsi bu dəfə "dünyəvi mübahisələr" ilə gündəmə gəlib. 

HİT.az xəbər verir ki, Fransanın ən zəngin insanlarından biri, "LVMH Holding" şirkətinin sahibi Bernard Arno restorasiya üçün etdiyi böyük ianə ilə kilsənin açılışını lüks brendlərinin reklam platformasına çevirməsi səbəbindən ciddi tənqidlərə məruz qalıb.

Açılış mərasimində Fransa birinci xanımı Bricit Makron və ABŞ-ın birinci xanımı Cil Bayden "Dior" markalı çantalarla diqqət mərkəzinə düşüblər. 

"Louis Vuitton"un bədii rəhbəri Farell Uilyams isə tədbirdə bu brendin geyimləri ilə səhnəyə çıxıb. Tədbirdə iştirak edən məşhur soprano Pretti Yende isə "Dior"un brilyantlarla bəzədilmiş geyimində çıxış edib.

Eyni zamanda, 2024 Paris Yay Olimpiya Oyunlarının sponsoru olan Arnonun rəqibi, "Kering Holding"in sahibi Fransua-Anri Pino da bu fürsəti qaçırmayıb. Onun həyat yoldaşı, məşhur aktrisa Salma Hayek açılış mərasimində "Gucci" markasına aid geyimdə görünüb.

Notr-Dam  kilsəsinin 840 milyon avro (dəyərindəki bərpa işləri üçün əsasən fransalı milyarderlər böyük ianələr ediblər. Bernard Arno 200 milyon avro ilə ən böyük ianəçidir. Onu 100 milyon avro ilə Pino və "L’Oreal"in Bettenkurt-Meyers ailəsi izləyib. Eyni zamanda, 250-dən çox şirkət də bu layihəyə dəstək olub.

Samir

0