Türkiyə Suriyada ABŞ ilə qarşı-qarşıya gələ bilər? - "İndiki vəziyyətdə..."

DÜNYA
09:56 / 19.12.2024
171

"Türkiyənin Suriya ilə bağlı konkret dövlət maraqları var".

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, rəsmi Ankara Suriyada legitim hakimiyyətin formalaşmasını istəyir:

"Türkiyə bunun nəticəsində ölkəsindəki suriyaların geri qayıtmasını hədəfləyir. Çünki onlar türk iqtisadiyyatı üçün böyük bir yükdür. Türkiyə həm də Suriya ilə sərhəd istiqamətində terrorçuların təmizlənməsini istəyir. Əlbəttə ki, bu da təhlükəsizlik üçün vacib prioritetlərdən biridir".

364449

Ekspert qeyd edib ki, ABŞ uzun illər ərzində Suriya ərazisində PKK-ya bağlı olan PYD/YPG terror qruplaşmasının maliyyələşməsini təmin edirdi:

"İndi isə vəziyyət dəyişib. Türkiyə Suriya ərazisindəki terror qruplaşmalarına qarşı mübarizə aparır. Lakin bəzi dövlətlər PKK-nı müdafiə etmək üçün Türkiyəyə qarşı hər hansısa həmlə etməyə cəhd edə bilər. Qardaş ölkə isə təbii olaraq onlara layiqli cavab verəcək".

Rəşad Bayramov hesab edir ki, indiki mərhələdə ABŞ və ya İsrailin Türkiyə ilə qarşı-qarşıya gələcəyini inandırıcı deyil:

"Yeni seçilmiş ABŞ Prezidenti Donald Tramp Suriyadakı proseslərə müdaxilə etməyəcəkləri barədə bəyanat verib. Bu, həm də oradakı PYD/YPG terrorçularının dəstəklənməsinin dayandırılacağı mənasına gəlir. 

Belə olan halda, İsrailin də Türkiyəyə qarşı təkbaşına müqavimət göstərmək imkanları yoxdur. Ona görə də hansısa ölkənin Suriyada Türkiyənin qarşına çıxacağını zənn etmirəm. Lakin kimsə buna cəhd edərsə, cavabını da alar". 

Pərviz

0