ABŞ Trampın imtinası səbəbindən sızmalardan qorxur

DÜNYA
20:00 / 19.12.2024
108

Amerika rəsmiləri ABŞ-ın seçilmiş prezidenti Donald Trampın keçid komandası məlumat ötürmək üçün təhlükəsiz üsullardan istifadə etməkdən imtina etdiyi üçün mümkün məlumat sızmasından qorxurlar. 

HİT.az xəbər verir ki, bu barədə "Politico” mənbələrə istinadən yazıb.

Onların sözlərinə görə, Respublika komandası şəxsi elektron poçtdan istifadə edir və bu səbəbdən departament əməkdaşları şəxsi görüş zamanı sənədlərin ötürülməsində daha çox israr edirlər.

"Politico"nun həmsöhbətlərinin sözlərinə görə, Donald Trampın komandası dövlət e-poçt ünvanlarından və təhlükəsiz qurğulardan istifadədən imtina edib. Qəzetin mənbəsi bildirib ki, rəsmilər kiberhücumlarla bağlı çoxlu narahatlıqlar olduğu halda, Mar-a-Laqoda (Donald Trampın iqamətgahı) bəzi serverlərə həssas məlumatları ötürməkdən ehtiyatlanırlar.

Bunun fonunda Ağ Ev federal qurumlara Donald Trampın keçid komandası ilə ünsiyyət qurarkən onları ehtiyatlı olmağa çağıran təlimatlar göndərib. Səlahiyyətlilər şəxsən görüşlərdə israr etməyi və ya Respublika komandasının üzvlərindən istifadə etdikləri xidmətlərin dövlət təhlükəsizlik standartlarına uyğun olduğunu təsdiqləmələrini tələb etməyi tövsiyə edib.

Samir
 

0