Türkiyə ABŞ-ı təkzib etdi: "Terrorçularla danışıqlar aparmırıq"

DÜNYA
14:49 / 19.12.2024
134

Türkiyə Ərəb Respublikasının şimal-şərqində fəaliyyət göstərən PKK/YPG/SDG ilə danışıqlar aparmayıb. 

HİT.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbə "TRT Haber"ə bildirib.

Mənbə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin ABŞ-ın dəstəyi ilə Suriyanın Menbiç şəhəri ərazisində atəşkəslə bağlı razılıq əldə edildiyi barədə mesajını belə şərh edib.

"Türkiyə terror qruplaşmaları ilə heç bir danışıqlar aparmır. Dövlət Departamenti nümayəndəsinin bəyanatına gəlincə, düşünürük ki, verilən açıqlama dil sürüşməsi olub", deyə "TRT Haber"in həmsöhbəti bildirib.

ABŞ-ın dəstəklədiyi PKK/YPG/SDG Suriyanın şimal-şərqindəki əyalətlərin əksəriyyətinə nəzarət edirdi. Onlar son həftələrdə Türkiyəyə yaxın hərbi platforma olan Suriya Milli Ordusunun fraksiyasının irəliləməsi nəticəsində itkilər veriblər. Xüsusən də SDG Menbiç üzərində nəzarəti itirib.

Dekabrın 18-də Metyu Miller Türkiyəyönlü qüvvələrlə SDG arasında atəşkəsin Vaşinqtonun vasitəçiliyi ilə həftənin sonuna qədər uzadılmasının mümkün olduğunu bildirib.

Samir
 

0