Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Avropa İttifaqı ilə ABŞ arasında ticarət müharibəsi baş verəcəyi təqdirdə, Çin ən yüksək səslə güləcəyini deyib.
HİT.az bu barədə "European Truth"a istinadən xəbər verir.
O, vurğulayıb ki, ticarət müharibəsində qalib ola bilməz, ona görə də bu məsələdə diqqətli olmaq lazımdır.
"Çinə baxsanız, biz bir yerdə olmalıyıq. Mən Avropa və ABŞ-ı nəzərdə tuturam. ABŞ və Avropa İttifaqı arasında ticarət müharibəsi olsa, kim güləcək? Çin yüksək səslə güləcək", deyə Kallas sözlərini tamamlayıb.
Bundan əvvəl "Financial Times" qəzeti Avropa Komissiyasının Rifah və Sənaye Strategiyası üzrə sədr müavini Stepan Sejurneyə istinadən yazmışdı ki, Avropa Birləşmiş Ştatları ilə potensial ticarət müharibəsinin zərərlərini aradan qaldırmaq üçün “Birinci Avropa” strategiyasına keçməlidir. O əlavə edib ki, Avropa da məhsulların dünya bazarlarına çıxarılması üçün öz səylərinə diqqət yetirməlidir.
Samir