Böyük Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard bildirib ki, Rusiya cəbhə xəttində irəliləyir, döyüş xəttində vəziyyət çox qeyri-sabitdir.
HİT.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"2025-ci il müharibə üçün kritik bir il olacaq. Son hərbi kəşfiyyat məlumatlarına görə, cəbhə xətti qeyri-sabit olaraq qalır", deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, Rusiya qoşunları Ukraynanın şərqində cəbhə boyu bir neçə yerdə hücumlar və irəliləyişlər həyata keçirməyə davam edir. Nazir müavini qeyd edib ki, Rusiya Silahlı Qüvvələri son aylar uğur qazanır.
Lyuk Pollard əlavə edib ki, London lazım olduğu müddətdə Kiyevə dəstək verəcək.
Rusiya Prezidenti Vladimir Putin dekabrın 19-da birbaşa xətt zamanı Rusiya Federasiyası ilə Ukraynanın 2022-ci ildə İstanbulda az qala necə razılaşdığına diqqət çəkib. Lakin daha sonra Putin xatırladıb ki, Böyük Britaniyanın baş naziri Boris Conson "son ukraynalı qalana qədər mübarizə aparmalıyıq" deyə müdaxilə etdiyi üçün razılaşmalar rədd edilib.
Samir