Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgələrinin (XAR) çiçəklənməsini və sabitliyini təmin etmək üçün Honq-Konq və Makao "bir ölkə, iki sistem" prinsipinə əməl etməlidir.
HİT.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bunu Çin prezidenti Si Szinpin deyib.
Dekabrın 20-də Çin Portuqaliyanın keçmiş müstəmləkəsi Makaonun ÇXR yurisdiksiyasına keçməsinin 25 illiyini qeyd edir. Makao 2049-cu ilə qədər zəmanət verilən "bir ölkə, iki sistem" siyasəti çərçivəsində Çinin ikinci xüsusi inzibati bölgəsi olub. Cümə günü Si Szinpin Makaoda keçirilən mərasimdə çıxış edib.
"Bir ölkə, iki sistem" Honq Konq və honq-qonqlular tərəfindən idarə olunur. Makaonu Makao xalqı idarə edir. Bu prinsipləri hərtərəfli, dəqiq və davamlı şəkildə həyata keçirilməsini davam etdirmək lazımdır", deyə Çin lideri qeyd edib.
Si bildirib ki, son beş ildə Makao öz iqtisadiyyatının şaxələndirilməsində və əhalinin rifahının yaxşılaşdırılmasında yeni səviyyəyə yüksəlib. Onun sözlərinə görə, belə nailiyyətlər "bir ölkə, iki sistem" siyasətinin həyata keçirilməsi, mərkəzi hökumətin və materikin dəstəyi, eləcə də beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə bağlıdır.
"Bir ölkə, iki sistem" 1980-ci illərin əvvəllərində keçmiş Çin lideri Den Syaopin tərəfindən irəli sürülən ideyadır. Buna görə, yalnız bir Çin var, lakin Honq-Konq, Makao və Tayvan kimi bölgələrin öz kapitalist iqtisadi və siyasi sistemləri ola bilər, Çinin qalan hissəsi isə sosialist sistemə malikdir.
Samir