ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp dövlət səviyyəsində rəsmi siyasəti təsdiqləyəcəyini vəd edib ki, ona görə ölkədə yalnız iki cinsin - kişi və qadının tanınması nəzərdə tutulur.
HİT.az xəbər verir ki, Tramp bu barədə Arizonada Turning Point konfransında çıxışı zamanı danışıb.
"Tramp administrasiyası dövründə yalnız iki cinsin - kişi və qadının olması Birləşmiş Ştatların rəsmi siyasəti olacaq. Bu, xüsusilə mürəkkəb səslənmir, elə deyilmi?", deyə o qeyd edib.
Konfrans iştirakçıları gələcək prezidentin sözlərini alqışlarla qarşılayıblar.
Daha əvvəl “Times” qəzeti hərbi mənbələrə istinadən xəbər vermişdi ki, Tramp bütün transseksual hərbçilərin işdən çıxarılmasına səbəb olacaq fərman qəbul etməyi planlaşdırır, nəticədə 15 minə yaxın adam xidməti tərk edə bilər.
Trampın Hökumətin Səmərəliliyi Departamentinə rəhbər təyin etməyi planlaşdırdığı amerikalı sahibkar İlon Mask öz növbəsində uşaqlarda cinsiyyətin dəyişdirilməsi əməliyyatları həyata keçirən həkimlərin ömürlük həbs olunmasını dəstəkləyir.
"Associated Press"in noyabrda keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların təxminən yarısı Birləşmiş Ştatlarda transgender hüquqlarına dəstəyin "həddindən artıq irəli getdiyinə" inanır.
Samir