ABŞ-da merin qızı və polis rəisinin qızı həbs edildi - Azyaşlıya şəkillər göndərib

DÜNYA
12:25 / 23.12.2024
53

ABŞ-ın Oklahoma ştatının Velston şəhərinin merinin qızı, 15 yaşlı məktəbli oğlanı azdırdığına görə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

HİT.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

28 yaşlı Emma Delani Henkok bir neçə ay ərzində yeniyetməyə çılpaq şəkillərini və videolarını göndərib, həmçinin məktəb ərazisində ona qarşı qeyri-etik hərəkətlər edib. Henkok 2023-cü ilin yazında həbs olunub və 2024-cü ilin dekabrında təqsirli bilinib.

Henkok həm merin qızı, həm də şəhər polis rəisinin həyat yoldaşıdır.

Samir

0