Rusiyanın Suriyadan silah və texnikasını daşımaq üçün göndərdiyi “Sparta” yük gəmisi hərəkət zamanı sıradan çıxıb - əsas mühərrikin yanacaq borusu məhv olub.
HİT.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən (GUR) verilən məlumata görə, rusların ekipajı problemi aradan qaldırmağa çalışır və Portuqaliya yaxınlığında açıq dənizdə drift edir.
"Bu arada Suriyadakı Rusiya kontingentinin qalıqları ucqar rayonlardan çəkilməyi başa çatdırıb və cəmi iki yerdə - Xmeymimdəki aviabazada və Tartusdakı hərbi dəniz bazasındadır. Rusiya silah və texnikasının bir hissəsini Suriyadan Liviyaya dəniz yolu və Tartus limanı vasisəti ilə köçürməyə başlayıb", deyə məlumatda qeyd edilir.
Həmçinin, bildirilir ki, Suriyadakı Rusiya hərbçiləri ərəb respublikasının yeni hakimiyyətinin Moskvaya öz hərbi kontingentini fevral ayından gec olmayaraq Suriya ərazisindən, xüsusən də Xmeymim və Tartusdakı bazalardan tamamilə çıxarmaq tələbini fəal şəkildə müzakirə edir.
"Bu addımın Dəməşqin yeni hökumətinin beynəlxalq sanksiyaların ləğvinə nail olmaq istəyi ilə bağlı olduğu iddia edilir", deyə kəşfiyyat agentliyi bildirib.
Samir