Siciliyanın dağlarında yerləşən qədim Qangi şəhəri zəngin tarixi ilə tanınır. Lakin bu şəhər turistlər tərəfindən yalnız 10 il öncə kəşf olunub.
HİT.az xəbər verir ki, "Express" qəzetinin məlumatına görə, Qangi digər sahil şəhərləri kimi turizmdən böyük iqtisadi fayda əldə etməyib. Bunun əsas səbəbi şəhər əhalisinin təxminən 10 min nəfər azalmasıdır, çünki gənclər iş və təhsil üçün Palermo kimi böyük şəhərlərə köçüblər.
Turistləri cəlb edən unikal təcrübələr
Qanginin məşhur edən ənənələrdən biri də hər il təşkil olunan böyük miqyaslı canlı Milad səhnəsidir. Bu teatr tamaşası tamaşaçıları Nazaretdən Bet-Lexemə qədər mistik bir səfərə aparır. İlk dəfə 2008-ci ildə keçirilən bu tədbirdə təxminən 200 aktyor iştirak edir. Tədbir ilbəil genişlənir və daha müxtəlif məzmun qazanır.
Şəhərin 1000 metr yüksəklikdə yerləşməsi isə onu həm də təbiət həvəskarları üçün cəlbedici edir. Buradan Avropanın ən böyük aktiv vulkanı olan Etna dağının möhtəşəm mənzərəsi açılır.
Qanginin tarixi və mədəni cazibəsi
Qangi yalnız mənzərələri ilə deyil, həm də keçmişdə mafiyanın təsirində olduğu tarixi ilə diqqət çəkir. Şəhərin mərkəzi meydanında yerləşən bir xatirə lövhəsi "mafiya qurbanları"na həsr olunub.
Bundan əlavə, burada keçirilən Memorie e Tradizioni kimi qastronomik festivallar da turistləri cəlb edir. Bu tədbirlər zamanı yerli tacirlər ənənəvi məhsullarını təqdim edirlər.
Mətbəxi ilə tanışlıq
Qanginin mətbəxi İtaliya kulinariyasının ən gözəl nümunələrini təqdim edir. Buraya klassik pizza və makaron növləri, eləcə də kalzone, şişdə ət yeməkləri, arançini və opunsiya şirəsi ilə hazırlanan mastakutte peçenyeləri daxildir.
Samir