"Rumıniya Ukraynadakı münaqişənin həlli səylərində ABŞ-ı dəstəkləyəcək".
HİT.az xəbər verir ki, bunu respublikanın baş naziri Marsel Çiolaku deyib.
"Mən qəti şəkildə inanıram ki, 20 yanvarda rəsmi olaraq vəzifəyə gəldikdən sonra Donald Trampın əsas prioritetlərindən biri Ukraynadakı müharibəyə son qoymaq olacaq. Rumıniya isə bu demarşda ABŞ-ı bütün gücü ilə dəstəkləyəcək", deyə baş nazir bildirib.
Bir gün əvvəl Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Putinlə görüşü gözləyəcəyini bildirmişdi. ABŞ-ın yeni seçilmiş prezidenti Rusiya-Ukrayna münaqişəsini dəhşətli adlandırıb və həmçinin təkrarlayıb ki, Ağ Evin indiki rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu, baş verməzdi.
Samir