ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Suriyada çətin hərbi mövcudluqla üzləşəcək.
HİT.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) yazıb.
Gələn ay ikinci səlahiyyət müddəti başlayanda Tramp dəyişmiş Yaxın Şərqlə qarşılaşacaq və Suriyanın şərqində yerləşən təxminən 2000 ABŞ əsgərinin gələcəyi ilə bağlı getdikcə daha çox aktuallaşacaq.
Nəşr qeyd edib ki, Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolz terrorizmlə mübarizənin ABŞ-ın xarici siyasətinin prioritetlərindən biri olacağını vurğulayıb.
Dekabrın 8-də ABŞ və Türkiyədən dəstək alan Azad Suriya Ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin sona çatması ilə bağlı açıqlama verib. Əsəd Rusiyaya qaçıb və siyasi sığınacaq alıb.
Samir