Maya Sandu Moldova vətəndaşlarını milli səfərbərliyə çağırdı

DÜNYA
16:31 / 24.12.2024
76

Moldova prezidenti Maya Sandu yeni müddətə dövlət başçısı kimi and içdikdən sonra respublika vətəndaşlarını böyük milli səfərbərliyə çağırıb. 

HİT.az bu barədə "Moldova 1" telekanalına istinadən xəbər verir.

Maya Sandunun sözlərinə görə, o, parlament və ölkə hökuməti Moldova üçün uğur əldə etməyə çalışacaq.

"Ancaq mən sizi böyük bir milli səfərbərliyə dəvət edirəm. Çünki biz özümüzü xilas etməsək, heç kim bizi xilas etməyəcək", deyə prezident bildirib.

Qeyd edək ki, noyabrın 9-da Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun nəticələrini və hazırkı dövlət başçısı Maya Sandunun qələbəsini təsdiqləyib. Səsvermənin nəticələrinə görə, o, 55,33 faiz, müxalifətdə olan Sosialistlər Partiyasının namizədi Aleksandr Stoyanoqlo isə 44,67 faiz səs toplayıb.

Bu gün Maya Sandu dekabrın 24-də Moldova prezidenti vəzifəsinin icrasına başlayıb. "Moldova Respublikasının firavanlığı naminə bütün qüvvəmi və bacarığımı verməyə, ölkənin konstitusiyasına və qanunlarına əməl etməyə, demokratiyanı, əsas insan hüquq və azadlıqlarını müdafiə etməyə and içirəm...", deyə Sandu and mətnini oxuyub.

Moldova prezidenti and içməyi başa vurduqdan sonra Konstitusiya Məhkəməsinin sədri Domnika Manole Sandunun dövlət başçısı vəzifəsinə rəsmi başlamasını elan edib.

Samir

0