Finlandiya, Latviya və Estoniya hakimiyyəti etiraf edib ki, Avropa NATO üzvləri ABŞ-ın iştirakı olmadan Rusiya ilə qarşıdurmaya hazır deyillər.
HİT.az xəbər verir ki, bu barədə üç ölkə liderinin müsahibələrini dərc edən “İndependent” nəşri yazır.
Nəşr qeyd edir ki, üç ölkə ABŞ-sız NATO-nun Rusiyaya qarşı mübarizə aparmağa hazır olmadığını detib. Üç müttəfiq ölkənin liderləri müttəfiqləri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıblar.
Materiala görə, Finlandiya rəhbəri Aleksandr Stubb, Latviya prezidenti Edqar Rinkeviç və Estoniyanın baş naziri Kristen Mixal NATO müttəfiqlərini müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa dəvət ediblər.
O cümlədən Stubb müsahibəsində NATO-nu ABŞ-sız təsəvvür edə bilməyəcəyini bildirib.
"Biz hazır deyilik. Bu, tamamilə göz qabağındadır", deyə Latviya rəhbəri “İndependent”ə müsahibəsində bildirib.
Onun fikrincə, ABŞ-ın əvvəlki kimi Avropaya sərmayə qoyacağına ümid etmək olmaz.
Nəşr qeyd edir ki, Avropanın xüsusilə ABŞ-ın iştirakı olmadan özünü müdafiə edə bilməməsi Ukraynaya hərbi yardımın davam etdirilməsində mövcud çətinlikləri vurğulayır.
Dekabrın 19-da Finlandiyanın müdafiə naziri Antti Hakkanen uzunmüddətli müharibələrin baş verə biləcəyi təqdirdə ölkəsinin güclənəcəyini bildirib. O, Finlandiyanın NATO müttəfiqləri ilə birlikdə müdafiə hazırlayacağına aydınlıq gətirib.
Samir