ABŞ-ın hazırkı prezidenti Co Bayden tərəfindən əfv edilən ölüm cəzasına məhkum edilmiş məhbuslar cəhənnəmə getməlidirlər.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın seçilmiş prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.
"Və təəccüblü şəkildə yuxulu Co Baydendən əfv alan 37 ən zorakı cinayətkarlara, bu xoşbəxt "canlara" Milad bayramı arzulamaqdan imtina edirəm, əksinə onlara deyəcəyəm: cəhənnəmə gedin!", deyə Tramp yazıb.
Dekabrın 23-də Bayden ölüm hökmündə olan 37 nəfərin cəzasını yüngülləşdirib. Onlara qarşı cəzalar şərti azadlığa buraxılma imkanı olmadan ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənəcək.
"Reuters" xəbər verir ki, qərar 40 məhbusdan 37-nə şamil edilib. Dövlət başçısının qərarı “tarixi əfv aktı” adlandırılıb. Ağ Ev vurğulayıb ki, prezidentliyi dövründə Bayden son sələflərindən daha çox cəzanın dəyişdirilməsi ilə bağlı qərar verib.
Samir