İlon Mask alman utrasağçılarını dəstəklədi, qalmaqal yuarandı

DÜNYA
17:30 / 26.12.2024
71

Amerikalı milyarder İlon Maskın Almaniya üçün Alternativ Partiyası haqqında sosial şəbəkələrdə yazı yazaraq dəstək verməsi böyük qalmaqala səbəb olub. 

HİT.az xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti yazır.

"Yalnız AfD Almaniyanı xilas edə bilər", deyə iş adamı X səhifəsində bildirib.

Jurnalistlər qeyd edirlər ki, Maskın sözləri diqqətdən kənarda qala bilməzdi, çünki o, son vaxtlar siyasi aləmdə, xüsusən də ABŞ-ın seçilmiş prezidenti Donald Trampı dəstəkləməklə böyük nüfuz qazanıb.

Avropa mediası yazır ki, Brüssel Maskdan “qisas almaq” niyyətindədir, çünki onun Avropa İttifaqının “ürəyində” - Almaniyada keçirilən seçkilərə müdaxilə etdiyinə inanırlar.

Almaniya üçün Alternativ Partiyası əsas mediada ultrasağ, liberal bloqlarda isə faşist kimi təsnif edilir. Buna baxmayaraq, Almaniya vətəndaşlarının təxminən 19-21%-i (müxtəlif sorğulara görə) AfD-yə səs verəcəklərini bildiriblər.

Dekabrın 20-də məlum olub ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın (ölkə parlamentinin) buraxılması barədə qərar qəbul etmək niyyətindədir. Parlamentin buraxılacağı təqdirdə növbədənkənar parlament seçkiləri təşkil olunacaq. Seçkinin 23 fevral 2025-ci ildə keçirilməsi planlaşdırılır. 

Samir

0