"Teleqraf": "Britaniya ABŞ-a qoşulmalıdır"

DÜNYA
22:17 / 27.12.2024
165

"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəyə qoşulmağa Kanadanı deyil, Britaniyanı dəvət etməlidir".

HİT.az xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti yazıb.

"Trampın Kanadanın 51-ci ştat kimi Amerika İttifaqına daxil olması ilə bağlı yarızarafat təklifi kimi bir sövdələşmə əldə etsək, bəxtimiz gətirəcək", deyə nəşr bildirib.

Materialın müəllifi əmindir ki, hazırda Vaşinqtonla London arasındakı münasibətlər metropoliya ilə dominion arasındakı münasibətlərə bənzəyir.

Dekabrın 3-də Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşü zamanı onu hədələyib ki, əgər ölkə qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll etməsə, Kanada Amerika dövlətinə çevrilə bilər.

O daha sonra Kanadanı 52-ci ştat, Trüdonu isə qubernator adlandırıb. Trump bildirib ki, ABŞ-a qoşulmaq əhəmiyyətli vergi və müdafiə qənaətinə görə Kanada üçün üstünlük olacaq.

Samir
 

0