Alyansın baş katibi Mark Rütte bildirib ki, NATO Baltik dənizində mövcudluğunu gücləndirmək niyyətindədir.
HİT.az xəbər verir ki, Rütte Estoniya və Finlandiya arasında sualtı kabellərin zədələnməsi ilə bağlı təşkilatın planlarını açıqlayıb.
"Mən prezident Alexander Stubbla Finlandiyanın sualtı kabellərdə mümkün təxribatla bağlı davam edən təhqiqatı haqqında danışdım. Tam həmrəyliyimi və dəstəyimi bildirdim. NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək", düyə Mark Rütte sosial şəbəkə səhifəsində yazıb.
Son iki gündə Estoniya və Finlandiya Finlandiya körfəzinin dibi boyunca ölkələri birləşdirən dörd kabelin sıradan çıxması barədə məlumat veriblər. Onlardan üçü şəbəkədir və Elisa Eesti AS və CITIC Telecom CPC telekommunikasiya şirkətlərinə aiddir. Dekabrın 25-də EstLink 2 enerji kabeli kəsilib, dekabrın 26-da məlum olub ki, Avropa İttifaqı Baltik dənizində baş verənlərlə əlaqədar Rusiyanın “kölgə donanmasına” qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Samir