"Pezeşkianın seçilməsindən sonra heç nə dəyişmədi" - AÇIQLAMA

DÜNYA
12:49 / 28.12.2024
80

"İranda Məsud Pezeşkianın prezident seçilməsindən sonra hansısa dəyişikliklər yaşanmadı". 

Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, əslində Pezeşkianın hansısa dəyişikliklər etmək üçün səlahiyyətləri də mövcud deyil:

"Hər zaman dediyim kimi, İran Konstitusiyasına əsasən, prezidentin ölkənin həm daxili, həm də xarici siyasətinin ana xəttini müəyyən etməyində ciddi rolu yoxdur. 

Onun vəzifəsi sadəcə ali dini liderin müəyyən etdiyi siyasəti icra etməkdir. Üstəlik, prezident ali dini liderin siyasətindən kənara çıxa bilməz. Yəni Pezeşkianın səlahiyyətləri də olduqca məhduddur". 

365030

Ekspert qeyd edib ki, Tehran hakimiyyəti Məsud Pezeşkiandan öz məqsədləri üçün istifadə etdi:

"İran daxili və xarici siyasətdə çox küncə sıxılmışdı. Ona görə də Azərbaycan əsilli təmiz bir siyasətçi olan Məsud Pezeşkianı hakimiyyətə gətirdilər. Çünki onun cəmiyyət və dünya tərəfindən qəbul edilən bir imici var idi. Əslində, molla rejimi Pezeşkiandan istifadə etdi. Bununla da Tehran dövləti fürsət və zaman qazanmaq istəyir.

Lakin buna baxmayaraq, Məsud Pezeşkianın prezident seçilməsindən sonra İranın daxili və ya xarici siyasətdə hansısa yumşalmaya olmadı. Sadəcə olaraq molla rejimi belə görüntü yaratmağa çalışır. Reallıq ondan ibarətdir ki, heç bir dəyişiklik olmadı. Bu da təbiidir. Çünki Pezeşkianın istifadə edib nəyisə dəyişmək üçün hansısa səlahiyyəti yoxdur".

Pərviz

0