Kansler namizədi: "Alman ordusunun Ukraynaya göndərilməsi Rusiya ilə razılaşdırılmalıdır"

DÜNYA
14:52 / 28.12.2024
79

"Ukraynada nizamlanmanın bir hissəsi kimi alman qoşunlarının göndərilməsi Rusiya ilə razılaşdırılmalıdır". 

HİT.az xəbər verir ki, bunu Almaniya Xristian Demokratlar Partiyasının (CDU) rəhbəri, Almaniya kanslerine namizəd Fridrix Merz DPA agentliyinə müsahibəsində bildirib.

"Sülhün əldə edilməsi və Ukraynanın təhlükəsizlik zəmanətlərinə gəlicə, bu, vətəndaşların qeyd-şərtsiz mandatı əsasında müzakirə edilə bilər", deyə Merz bildirib.

Merzin sözlərinə görə, müvafiq niyyətlər Rusiya ilə razılaşdırılmalıdır. Bundan əlavə, siyasətçi hesab edir ki, Berlin münaqişənin tam hüquqlu tərəfinə çevrilməməlidir.

Samir

0