FT: Qərb kəşfiyyatları İsrailin peycer əməliyyatını bəyənmir

DÜNYA
18:10 / 28.12.2024
313

Qərb kəşfiyyat orqanlarının keçmiş və indiki əməkdaşları İsrailin Livanın "Hizbullah" hərəkatının peycerlərini sıradan çıxarmaq əməliyyatını bəyənmirlər. 

HİT.az xəbər verir ki, bu barədə "Financial" Times qəzeti yazır.

Qəzetin yazdığına görə, onlar Qərbin hazırkı və keçmiş yüksək rütbəli kəşfiyyat rəsmilərindən müsahibə alıblar və hamısı İsrailin peycer əməliyyatının "qeyri-adi casusluq" olduğunu etiraf ediblər. Jurnalistlər qeyd ediblər ki, bu cür hərəkətləri cəmi üç nəfər bəyənib.

Nəşrin məlumatına görə, müsahibə verənlərdən biri deyib ki, İsrail əməliyyatı terrorçuların gələcəkdə istifadə edə biləcəyi təhlükəli presedent yaradıb. O əlavə edib ki, peycerlərin partlayıcı ilə daşınması vətəndaşlar üçün böyük təhlükə yaradır.

Qeyd edək ki, sentyabrın 17-də Livan boyu 2000-dən çox insan, o cümlədən "Hizbullah" üzvləri və tibb işçiləri yaraqlıların ünsiyyət üçün istifadə etdiyi peycerlərin ölkə daxilində partlaması nəticəsində yaralanıb. Ertəsi gün partlayışların ikinci seriyası baş verib. Nəticədə 39-a yaxın adam ölüb, 3000-dən çox insan yaralanıb. Livan və "Hizbullah" hərəkatı hücumların arxasında İsrailin olduğunu bildirir.

Samir

0